Bakı.Trend:
Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifatmərhələsində keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
Trend xəbərverir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Araz-Naxçıvan"ın avqustun 7-də Bakıda "Omoniya" (Kipr) iləoyunu saat 20:00-da başlayacaq. Avqustun 14-də keçiriləcək səfərmatçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
"Sabah"ın Bolqarıstanda "Levski" (Sofiya) ilə avqustun 7-dəkeçirəcəyi görüş Bakı vaxtı ilə saat 22:00-da, avqustun 14-dəBakıdakı cavab görüşü isə saat 20:00-da başlayacaq.