AZ

Kamçatkada 120-yə yaxın yeraltı təkan qeydə alınıb

Son 24 saat ərzində Kamçatkada maqnitudası 3,5-6,7 arasında dəyişən 120-yə yaxın afterşok qeydə alınıb.

Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, 5 bala qədər olan afterşokların bir qismi rayonun məskunlaşdığı ərazilərdə hiss olunub.

Petropavlovsk-Kamçatski və Yelizovski rayonunda vətəndaşların qəbulu üçün iki müvəqqəti yaşayış məntəqəsi yaradılıb.

Seysmoloqların fikrincə, regionda seysmik aktivlik hələ də yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən zəlzələdən sonrakı zəlzələ prosesi bir neçə ay davam edəcək.

Asim

Seçilən
98
2
icma.az

10Mənbələr