AZ

Psixi sağlamlıq üçün video oyun hazırlanıb

ain.az bildirir, Saglamolun portalına istinadən.

TEZLİKLƏ İSTİFADƏYƏ VERİLƏCƏK

İngiltərənin Kornuoll bölgəsində oyun dizaynerləri gənclərin psixi sağlamlığını dəstəkləmək məqsədilə “Ace of Hearts” (Tuz Ürək) adlı video oyun hazırlayırlar.

“Falmouth” Universitetində hazırlanan oyun, uşaqlıqda yaşanan travmalar — yoxsulluq, itki və narkotik asılılığı kimi mövzuları əhatə edir. Layihə, Böyük Britaniyada gənclərin psixi sağlamlığına dair təxminən 80 milyon manat dəyərində olan “ATTUNE” proqramının bir hissəsidir. Məqsədi isə, oyun vasitəsilə gəncləri psixi sağlamlıq mövzusunda düşünməyə və danışmağa təşviq etməkdir.

 “Psixi xəstəliklərin yarısı 14 yaşda başlayır. Oyunlar bu mövzuda gənclərə dəstək olmaq üçün önəmli vasitədir.” deyə Oksford Universitetindən professor Kamaldeep Bhui qeyd edib. 

Layihə 2026-cı ilə qədər davam edəcək və gənclərin psixi sağlamlıq ehtiyaclarını, risk və dayanıqlılıq faktorlarını araşdıracaq.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
saglamolun.az

1Mənbələr