AZ

"Araz-Naxçıvan" - "Omoniya" matçı çexiyalı hakimlərə tapşırıldı

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.

Operativ Media-nın məlumatına görə, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.

Ona Ovan Nadvornik və Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.

VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcək.

Seçilən
44
operativmedia.az

1Mənbələr