Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.
Operativ Media-nın məlumatına görə, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.
Ona Ovan Nadvornik və Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.
VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcək.