AZ

“Oyun başlayanda da bizə söyürdülər, bitəndə də” – Əfran İsmayılov

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov UEFA Konfrans Liqasındakı mübarizələri ilə bağlı danışıb.

O, QOL.az-a açıqlamasında əvvəlcə 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Yunanıstanda “Aris”lə keçirilən oyundan (2:2) və komandanın avrokuboklarda uğurlu debüt etməsi ilə bağlı fikirlərini bölüşüb:  

“Həqiqətən turu keçmək, qələbələr gözəldir. Amma belə bir azarkeşlərin içində üstün olmaq lap möhtəşəmdir. Tribunaya Ermənistan bayrağı da gətirmişdilər. Oyun başlayanda da, bitəndə də bizə söyürdülər. Belə bir atmosferdə üstün olub mərhələ keçmək həqiqətən möhtəşəmdir. Heç nəyə fikir vermədik. Komanda kimi yığıldıq, dedik ki, heç bir təxribata getmək lazım deyil. Əsas odur ki, istədiyimizə nail olduq. Bu tək bizim yox, bütün Azərbaycan xalqının qələbəsidir. “Aris” çox yaxşı komandadır, güclü, keyfiyyətli futbolçuları var. Amma biz daha yaxşı oynadıq. Şükürlər olsun ki, ilk mərhələni keçdik. Bəli, böyük qələbədir. Çünki avrokuboklarda debüt ilidir. İki ildir yüksək liqada çıxış edirik. UEFA-da buna inanmırlar”. 
Ə.İsmayılov oyundan sonra komandalar arasında yaşanan insidentlə bağlı isə bunları deyib:  “Uduzmağı qəbul etmirdilər. Biz də komandanı başa saldıq ki, belə şeylər olacaq, fikir vermək lazım deyil. Futbolçuları yığıb paltardəyişmə otağına yollandıq. Əslində Yunanıstan klubu ilə oyunda belə təxribatın olması gözlənilən idi. Amma biz də öz oyunumuzla sübut etdik ki, güclüyük”. 

Baş məşqçi Elmar Baxşıyevin köməkçisi 3-cü təsnifat mərhələsindəki rəqibləri olan Kipr “Omoniya”sı ilə bağlı da danışıb” “İndi növbəti turu fikirləşməliyik. Bu gün Bakıya qayıdacağıq və sabahdan “Omoniya” ilə oyuna hazırlaşacağıq. Düzdür, itkilərimiz çox olacaq. Cəzalı duruma düşən 3 futbolçumuz var. Onu fikirləşirik ki, necə edəcəyik. İlk oyun Bakıdadır. Azarkeşlərdən dəstək gözləyirəm. Stadionu doldursalar, yaxşı olar. Biz də əlimizdən gələni edəcəyik ki, onları sevindirək, mərhələ adlayaq. Bilirik ki, “Omoniya” çox güclüdür. Əvvəlki illərdə bizim klubları mübarizədən kənarlaşdırıblar. Bunları dərk edirik. Bilirik ki, xalqımız da bizdən yaxşı nəticələr gözləyir”.

“Araz-Naxçıvan”ın məhdud büdcə ilə inamlı çıxış etdiyini deyən Azərbaycan millisinin sabiq üzvü çətin şəraitdə də uğur qazanmağın mümkün olduğunu bildirib:  “Büdcə əslində çox önəmlidir. Amma futbol elə inkişaf edib ki, hamı oynamağı bacarır. Transferləri düzgün etməlisən. Baş məşqçi komandanı oyuna düzgün hazırlaşdırmalıdır. Biz də o komandalardanıq. Çoxları inanmırdı ki, biz “Aris”i keçərik. Çünki tarixi olan, çox güclü klubdur. Amma seçimləri düz edəndə uğur qazanmaq da olur. Getdikcə daha yaxşı çıxış edəcəyik”.

Ramiq Ağaməmmədov

Seçilən
12
2
teleqraf.com

5Mənbələr