Demokrat.az xəbər verir ki, o, QOL.az-a açıqlamasında əvvəlcə 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Yunanıstanda “Aris”lə keçirilən oyundan (2:2) və komandanın avrokuboklarda uğurlu debüt etməsi ilə bağlı fikirlərini bölüşüb:
“Həqiqətən turu keçmək, qələbələr gözəldir. Amma belə bir azarkeşlərin içində üstün olmaq lap möhtəşəmdir. Tribunaya Ermənistan bayrağı da gətirmişdilər. Oyun başlayanda da, bitəndə də bizə söyürdülər. Belə bir atmosferdə üstün olub mərhələ keçmək həqiqətən möhtəşəmdir. Heç nəyə fikir vermədik. Komanda kimi yığıldıq, dedik ki, heç bir təxribata getmək lazım deyil. Əsas odur ki, istədiyimizə nail olduq. Bu tək bizim yox, bütün Azərbaycan xalqının qələbəsidir. “Aris” çox yaxşı komandadır, güclü, keyfiyyətli futbolçuları var. Amma biz daha yaxşı oynadıq. Şükürlər olsun ki, ilk mərhələni keçdik. Bəli, böyük qələbədir. Çünki avrokuboklarda debüt ilidir. İki ildir yüksək liqada çıxış edirik. UEFA-da buna inanmırlar”.
5Mənbələr
-
demokrat.az“Stadiona Ermənistan bayrağı gətirmişdilər və bizi söyürdülər” — Əfran İsmayılov ( 19928602)
-
cebheinfo.azƏfran İsmayılov: “Stadiona Ermənistan bayrağı gətirmişdilər və bizi söyürdülər” ( 19928104)
-
qafqazinfo.az“Stadiona Ermənistan bayrağı gətirmişdilər və bizi söyürdülər” - Əfran İsmayılov ( 19925785)
-
qol.az“Oyun başlayanda da bizə söyürdülər, bitəndə də” Əfran İsmayılov ( 19925098)
-
teleqraf.com“Oyun başlayanda da bizə söyürdülər, bitəndə də” – Əfran İsmayılov ( 19922968)