AZ

"Araz-Naxçıvan"la "Sabah"ın Konfrans Liqasındakı oyununlarının vaxtı bəlli olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunların saatı dəqiqləşib.

İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı "Araz-Naxçıvan"ın Kipr "Omoniya"sı ilə ilk qarşılaşmasına avqustun 7-də çıxacaq.

Bakıda təşkil olunacaq matç saat 20:00-da başlayacaq. Səfərdəki cavab görüşünün start fiti avqustun 14-də, saat 21:00-da veriləcək.

Azərbaycan kubokunun sahibi "Sabah"ın Bolqarıstanda "Levski" ilə ilk oyunu da avqustun 7-də olacaq. Sofiyadakı görüş saat 22:00-da başlayacaq. Bir həftə sonra Bakıdakı ikinci oyun isə saat 20:00-da start götürəcək.

İdman.biz

Seçilən
49
11
idman.biz

10Mənbələr