AZ

Konfrans Liqası: Azərbaycan klublarının III təsnifat mərhələsindəki oyunlarının başlama saatı bəlli olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunların saatı bəlli olub.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Araz-Naxçıvan"ın Kiprin "Omoniya" komandası ilə Bakıdakı ilk görüşü avqustun 7-də saat 20:00-da start götürəcək. Səfərdəki cavab matçı avqustun 14-də saat 21:00-da başlayacaq.

"Sabah"ın Bolqarıstanda "Levski" (Sofiya) kollektivi ilə ilk oyunu avqustun 7-də Bakı vaxtı ilə saat 22:00-da, avqustun 14-dəki cavab görüşü saat 20:00-da olacaq.

Seçilən
7
10
report.az

10Mənbələr