AZ

Azərbaycandan Qırğızıstana elektron icazə blankı ilə ilk dəfə yük daşınıb

Azərbaycan və Qırğızıstan arasında elektron icazə blankının tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.

Bu barədə AzNews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir.

Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalq yükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqi ilə yükdaşımaları yerinə yetirilib.

Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizin ərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanın daşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb.

Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstana beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazə blankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutu üzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəfli beynəlxalq yük daşımaları həyata keçirilməsi gözlənilir.

Seçilən
13
6
aznews.az

8Mənbələr