Bakı.Trend:
Türkiyə və Özbəkistandan sonra Qırğızıstanla da beynəlxalqyükdaşımalarında “e-Permit”in – elektron icazə blankının tətbiqiilə yükdaşımaları yerinə yetirilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.
Bildirilir ki, Gürcüstan-Qırğızıstan marşrutu üzrə ölkəmizinərazisindən tranzit yük daşımaları həyata keçirən Qırğızıstanındaşıyıcı şirkətinə məxsus yük avtomobili Azərbaycana çatıb:
"Azərbaycana məxsus nəqliyyat vasitələrinə də Qırğızıstanabeynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün elektron icazəblankları verilib. Yaxın günlərdə Azərbaycan-Qırğızıstan marşrutuüzrə elektron “İcazə” blanklarından istifadə edilməklə ikitərəflibeynəlxalq yük daşımalarının həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinintam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edir,yükdaşımaların təşkilinin səmərəliliyini artırır və icazələrinalınmasında daşıyıcılara resurslarına qənaət etmək imkanı yaradır.Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşımafəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarınınelektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur".
"Beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsaltexnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalqyükdaşımalarında rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Buproses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə”blanklarının elektronlaşdırılmasını da əhatə edir", - qurumdanəlavə olunub.