AZ

“Arif müəllimlə görüşümüz baş tutmadı”

ain.az, Olay.az saytına istinadən bildirir.

“Arif müəllimlə görüşümüz baş tutmadı”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün vəfat edən Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.

OLAY yazır ki, aparıcı onunla videosunu paylaşaraq bunları yazıb:

“Atamı, anamı itirdim... Və onlar qədər sevdiyim, güc aldığım, böyük sənətkarı, böyük insanı - musiqi dünyamızın qoca çinarını da itirdim... Atamdan sonra mənə dayaq olan, ruh verən, hər sözündə həyatın dərin mənasını hiss etdiyim Arif müəllimi... Onun yanında təskinlik tapırdım, söhbətləri ilə dərdimi unudurdum. Bu video bir neçə gün əvvəl - öz istəyilə çəkilmişdi. Qaxda görüşəcəyik, xanımının ad gününü birlikdə keçirəcəyik deyə hazırlıq görmüşdük... Amma biz yola düşəcəyimiz gün o, xəstəxanaya yerləşdirildi. Ata və anamla da ad gününü aprelin sonunda planlaşdırmışdıq... Olmadı. Arif müəllimlə planlaşdırdığımız Qax görüşü də... Baş tutmadı. Bu ağrını sözlə ifadə etmək çətindir. Çox üzgünəm... Atamı, sevdiyim insanı, xalqımızın sevimli oğlunu - Arif müəllimi itirdik. Allah rəhmət eləsin. Ruhu şad olsun. Qəlbimizdə daim yaşayacaqsınız...”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
6
olay.az

9Mənbələr