AZ

Bakıda kafedə iki nəfəri qətlə yetirən 24 yaşlı oğlanın cəzası azaldıldı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisindəki kafedə iki nəfərin qətlində təqsirləndirilən Arif Bəhərçiyevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Yekun qərara görə, A.Bəhərçiyevin cəzası 20 ildən 19 ilə endirilib.

İttihama görə, 2023-cü il dekabrın 31-də Biləcəri qəsəbəsindəki kafedə 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovla mübahisə edib. Mübahisə zamanı o, hər iki şəxsi qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Bəhərçiyev 20 il azadlıqdan məhrum edilib.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
oxu.az

2Mənbələr