Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisindəki kafedə iki nəfərin qətlində təqsirləndirilən Arif Bəhərçiyevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.
Yekun qərara görə, A.Bəhərçiyevin cəzası 20 ildən 19 ilə endirilib.
İttihama görə, 2023-cü il dekabrın 31-də Biləcəri qəsəbəsindəki kafedə 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovla mübahisə edib. Mübahisə zamanı o, hər iki şəxsi qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Bəhərçiyev 20 il azadlıqdan məhrum edilib.