Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” komandası hazırlıq çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.
Arena.az bu barədə Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Baş məşqçi Kurban Berdıyev avqustun 2-də Albaniya təmsilçisi “Flamurtari” ilə oyunda komandanı sınaqdan keçirəcək. Avqustun 5-də isə tovuzluları Mərakeş təmsilçisi “Vidad”la görüş gözləyir.
Hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Xatırladaq ki, Tovuz klubu bu yay keçirdiyi əvvəlki yoxlama oyunlarında Türkiyənin “Çorum” (1:1) və “Keçiörengücü” (0:0) komandaları ilə heç-heçəyə razılaşmışdı. İran çempionu “Traktor”la qarşılaşma isə ləğv edilmişdi.