Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"ni mübarizədən kənarlaşdıran "Hayduk" heyətini gücləndirib.
Offsideplus.az xəbər verir ki, Split təmsilçisi Ante Rebiçi transfer edib. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
A. Rebiç son mövsümü İtaliyanın "Leççe" klubunda keçirib. O, bundan başqa "Milan", "Fiorentina", "Ayntraxt" və "Beşiktaş" formaları geyinib.
31 yaşlı hücumçu Xorvatiya yığmasında 42 oyunda 3 qol vurmağı bacarıb.