AZ

Sayalı Sadıqova: Azər­bay­can di­li gü­nü­nün qeyd edil­mə­si mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə eh­ti­ra­mı rəs­mi­ləş­dirir - MÜSAHİBƏ

Bu gün ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalayıb. Fər­manın im­za­lanmasından sonra hər il av­qustun 1-i Azər­baycan Əlif­ba­sı və Azər­bay­can Di­li Gü­nü ki­mi qeyd edilir. Bu tarixi gün ölkəmizdə dilə göstərilən yüksək dövlət qayğısının, milli mənsubiyyətə verilən önəmin rəmzidir.

Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə "Report"a müsahibə verən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova dilimizin müasir vəziyyəti, termin yaradıcılığı, dilin qorunması və normativliyi istiqamətində görülən işlər, eləcə də qarşıda duran vəzifələr barədə danışıb.

- Sayalı xanım, hər il av­qustun 1-i res­pub­li­ka­­da Azərbaycan əlif­ba­sı və Azər­bay­can di­li gü­nü ki­mi qeyd olu­nur. Bu günün təsis edilməsi Azərbaycan dilinin tətbiqinə təsir edirmi?

- Ölkəmizdə döv­lət di­li ola­raq Azər­bay­can di­li­nin in­ki­şaf et­di­ril­mə­sin­də, onun saf­lı­ğı­nın qo­run­ma­sın­da, ic­ti­mai hə­ya­tın bü­tün sa­hə­lə­rin­də iş­lək di­lə çev­ril­mə­si istiqamətində dövlət səviyyəsində mühüm işlər aparılır. Ulu Öndər tə­rə­fin­dən imzalanan Fərman di­li­mi­zin tət­bi­qi işi­nə sti­mul ver­ib, yad­da­şı­mı­za və mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə, ədə­bi-mə­də­ni ir­si­mi­zə eh­ti­ra­mı rəs­mi­ləş­dir­ib. Bey­nəl­xalq alə­mə da­ha ya­xın olan ye­ni la­tın qra­fi­ka­sı­nın qə­bu­lu mil­li də­yər­lə­ri­mi­zin da­ha ge­niş dai­rə­də ta­nın­ma­sı­na şə­ra­it ya­radıb.

Za­ma­nın­da qə­bul edil­miş bu qə­rar­da Hey­dər Əli­ye­vin qə­tiy­yə­ti, si­ya­si ira­də­si və prin­si­pi­al­lı­ğı nə­ti­cə­sin­də res­pub­li­ka­mız hə­min ta­rix­dən eti­ba­rən tam şə­kildə ye­ni əlif­ba­ya - la­tın qra­fi­ka­lı Azər­bay­can əlif­ba­sı­na keçi­di tə­min edib. Dil­lə bağ­lı döv­lət si­ya­sə­ti­nin mü­hüm mər­hə­lə­si la­tın qra­fi­ka­lı Azər­bay­can əlif­ba­sı­na ke­çid­lə sə­ciy­yə­lən­ib. Ye­­ni əlif­­ba la­­yi­­hə­­si­­nin ha­­zır­­lan­­ma­­sı və Azər­­bay­­can di­­li haq­­qın­­da qa­­nun la­­yi­­hə­­si­­nin tər­­tib olun­­ma­­sı işi ilə ya­­na­­şı, la­­tın qra­­fi­­ka­­lı ye­­ni əlif­­ba­­ya ke­­çi­­din, Azər­­bay­­can di­­li­­nin da­­ha fə­­al iş­­lə­­dil­­mə­­si­­nin, ha­­be­­lə onun ic­­ti­­mai və baş­­qa funk­­si­­ya­­la­­rı­­nın ge­­niş­­lən­­di­­ril­­mə­­si­­nin tə­­min edil­­mə­­si is­­ti­­qa­­mə­­tin­­də mü­­hüm iş­­lər gö­­rül­­üb.

La­tın qra­fi­ka­lı müa­sir Azər­bay­can əlif­ba­ya ke­çildin, Azər­bay­can di­li­nin fonetik xü­su­siy­yət­lə­ri­nə uy­ğun gəl­mə­si üçün çalışmış AMEA-nin müxbir üzvü Afad Qur­ba­no­vun tə­şəb­bü­sünü xüsusilə vurğulamaq lazımdır. A.Qur­ba­nov əlif­ba­nın müx­tə­lif va­ri­ant­la­rı­nı ha­zır­layıb və onları ha­zır­la­yar­kən bey­nəl­xalq təc­rü­bə­ni əsas gö­tür­üb.

- Hazırda Komissiya hazırda hansı yeni terminlərin işlənməsi və ya təsdiqlənməsi üzərində işləyir?

- İc­­ti­­mai-si­­ya­­si hə­­yat­­da, so­si­al cə­miy­yət­də baş ve­­rən də­­yiş­ikliklər, dip­lo­ma­tik əla­qə­lə­rin ge­niş­lən­mə­si, ye­­ni elm sa­­hə­­lə­­ri­­nin ya­­­ran­­­ma­­sı və in­­ki­­şa­­fı mil­­li dil­­lər­­də ter­­mi­­no­­lo­­gi­­ya­­nı zən­­gin­­ləş­­di­­rir. Bu zən­gin­ləş­mə mü­a­­sir dövr­­də ay­­rı-ay­­rı elm­­lər ara­­sın­­da qar­­şı­­lıq­­lı əla­­qə­­lə­­rin və tə­­sir­­lə­­rin ten­­den­­si­­ya­­sı­nı güc­­lə­n­di­rir. Baş ve­­rən də­­yiş­ikliklər ye­­ni ter­­min­­lə­­rin ya­­ran­­ma­­sı­­nı şərt­­lən­­di­­rir, nə­­zə­­ri bi­­lik­­lər ye­­ni an­­la­­yış və ter­­min­­lər­­lə ifa­­də olu­­nur və əsas tə­­fək­­kür for­­ma­­sı terminlər va­­si­­tə­­si ilə re­­al­­la­­şır. Bu nəzərə alınaraq Terminologiya Komissiyasında elm sahələrində yeni yaranan terminlər müzakirə edilir. Xüsusilə, son dövrlərdə informatika, aviasiya, logistika, hüquq sahəsi ilə bağlı terminlər müzakirə olunub. Qəbul edilmiş yeni terminlər “Terminologiya məsələləri” jurnalında nəşr olunur. Yeni terminlərin yaranması və müzakirəsi Terminologiya Komissiyasında müxtəlif elm sahələri ilə bağlı bölmələrdə mütəmadi olaraq davam etdirilir.

- Bəzi sahələrdə (texnologiya, hüquq, tibb, idman) beynəlxalq terminlərin tərcüməsində qeyri-dəqiqliklər ictimai narazılıq doğurur. Bu sahədə nə kimi işlər görülür?

- Dün­ya dil­lə­ri­nin qar­şı­lıq­lı əla­qə­də in­ki­şa­fı bey­nəl­mi­ləl ter­min­lər­də da­ha qa­ba­rıq mü­şa­hi­də olu­nur. Tə­lə­ba­ta uy­ğun ola­raq ter­min­lə­rin alı­nıb iş­lə­dil­mə­si dil­lə­rin lü­ğət tər­ki­bi­nin zən­gin­ləş­mə­sin­də mü­hüm rol oy­na­yır. Ha­zır­da in­gi­lis di­lin­dən alı­nan bey­nəl­mi­ləl ter­min­lər in­ki­şaf et­miş dil­lə­ri zən­gin­ləş­di­rir. Elm­lə­rin, xü­su­si­lə ic­ti­mai-si­ya­si elm­lə­rin qərb­də in­ki­şa­fı ye­ni ya­ra­nan ter­min­lə­rin il­kin ola­raq bu dil­də ya­ran­ma­sı­na sə­bəb ol­ur. Bu ter­min­lər dün­ya dil­lə­ri­nin el­mi ter­mi­no­lo­gi­ya­sı­na da­xil ol­du­ğu­na gö­rə bey­nəl­mi­ləl ter­min­lə­rin əsas his­sə­si­ni Av­ro­pa mən­bə­li ter­min­lər təş­kil edir. Av­ro­pa mən­bə­li ter­min­lə­r Azərbaycan dilinə in­gi­lis di­lin­dən alı­nır. İngilis dilindən alınan beynəlmiləl terminlər Azərbaycan dilinin qaydalarına uyğun olaraq yazılır.

- Mediada terminoloji normaların pozulması hallarına rast gəlinirmi?

- Bəli, mediada alınma terminlərdən daha çox istifadə olunur. Azərbaycan dilində qarşılığı olan terminlər əvəzinə alınma terminlər işlənsə də, işləklik qazanmır. Terminlərin düzgün yazılmaması halları da müşahidə olunur.

- Reklamlarda dilimizlə bağlı hansı səhvlər müşahidə olunur?

- Reklamların dili sadə, gündəlik danışıq dilimizdə olmalıdır. Təəssüf ki, alınma terminlərə daha çox üstünlük verilir. Orfoqrafik qaydaların pozulması, eləcə də üslub səhvləri ilə bağlı qüsurlar narazılığa səbəb olur.

- Tədbirlərin birində qeyd etmişiniz ki, Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb. Sizcə, buna səbəb Azərbaycan dilində tədqiqat işlərinə marağın az olmasıdır?

- Qeyd etdiyim kimi Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili və Türk dilləri” ixtisası üzrə yerlər boş qalır. Buna səbəb doktoranturaya qəbul zamanı ingilis dilindən tələb olunan keçid balının toplanmamasıdır. Bu dili mənimsəyən tələbələr keçid balını toplayaraq dil nəzəriyyəsi ixtisasına qəbul olurlar. Filologiya, şərqşünaslıq, eləcə də digər ixtisasları bitirənlər keçid balını toplaya bilmədiyinə görə doktoranturaya qəbul ola bilmirlər və həmin yerlər boş qalır. Ona görə də Azərbaycan ədəbi dilinin tarixini, mənşəyini, formalaşmasını, inkişafını tədqiq edən kadrlarımız demək olar ki, çox azdır.

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu dili ilə bağlı tədqiqatlara daha çox üstünlük verilməlidir. Bu sahə ilə bağlı tədqiqatların aparılmasına gənclərin marağı böyükdür. Təəssüf ki, doktoranturaya qəbul və minimum imtahanlarından keçə bilməyənlər tədqiqatlarını davam etdirə bilmirlər. Deməli, ingilis dilində tərtib edilən testlərin səviyyəsi bu ixtisası bitirənlərin bilikləri səviyyəsindədir. İngilis dilindən imtahan verilməsi vacibdir. Lakin sualların səviyyəsi narazılıq doğurur. Nəzərə almaq lazımdır ki, ingilis dili ixtisas fənn olmadığına görə bütün ali məktəblərdə eyni səviyyədə tədris edilmir.

- Cəmiyyəti maraqlandıran məsələ həm də adlarla bağlıdır. Son illər hansı yeni adların qoyulmasına icazə verilib?

- Yeni ad­la­rın ya­ran­ma­sı di­ldə da­vam edən pro­ses­dir. Bu pro­se­si dai­ma iz­lə­mək, onları top­la­maq zə­ru­ri və­zi­fə­lər­dən­dir. Xü­su­si­lə lü­ğət­lər­də ad­la­rın or­foq­ra­fi­ya­sı nə­zə­rə alın­ma­lı və müx­tə­lif va­ri­ant­lar­da tə­ləf­füz olu­nan ad­lar va­hid qay­da­da ya­zıl­ma­lı­dır. Qanunvericiliyə əsasən, uşa­ğın mə­na­fe­yi­nə xə­ləl gə­ti­rə bi­lə­cək, ha­be­lə şəx­sin cin­si­nə uy­ğun gəl­mə­yən və ya gü­lünc adın qoyulmasına yol ve­ril­mir. Ona gö­rə də ad­la­rın qo­yul­ma­sı ic­ti­mai bir ha­di­sə ki­mi nə­za­rət­də sax­la­nı­lır. Hər bir kə­sə ad ve­ri­lər­kən qanunvericilik əsas gö­tü­rül­mə­li­dir.

Qey­diy­yat ida­rə­lə­rin­də şəxs ad­la­rı­nın mə­na­sı və or­foq­ra­fi­ya­sı ilə bağ­lı prob­lem­lə­rə Ad­lar və so­yad­lar Ko­mis­si­ya­sı tə­rə­fin­dən nə­za­rət edi­lir. Ha­zır­da qey­diy­yat ida­rə­lə­rin­də ad­la­rın ve­ril­mə­si və ya­zı­lı­şı ilə bağ­lı prob­lem­lər öz ak­tu­al­lı­ğı ilə se­çi­lir. Bu nə­zə­rə alı­na­raq Terminologiya Komissiyasında “Azər­bay­can şəxs ad­la­rı” lü­ğə­ti tər­tib edil­ib. Lü­ğət­də 12 min­dən ar­tıq şəxs adı­nın mə­na­sı, mən­şə­yi və or­foq­ra­fi­ya­sı mü­əy­yən­ləş­di­ril­ib. Lü­ğə­tin bi­rin­ci böl­mə­sin­də ki­şi, ikin­ci böl­mə­sin­də isə qız ad­la­rı­nın mənası, mənşəyi şərh olunub. Be­lə lü­ğət­lər­də mil­li şəxs ad­la­rı­nın mən­zə­rə­si da­ha dol­ğun, da­ha ay­dın əks olunur.

- Son illərdə valideynlərin övladlarına əcnəbi (əsasən ərəb, türk və ingilis) adların verilməsi hallarına da rast gəlinir. Komissiya bu tendensiyanı necə qiymətləndirir?

- Təc­rü­bə gös­tə­rir ki, düz­gün se­çil­mə­yən hər bir ad in­sa­na cə­miy­yət­də mənfi tə­sir edir, onu baş­qa­la­rı­nın ya­nın­da utan­dı­rır. Ad in­sa­na bir də­fə ve­ril­mə­li və bü­tün öm­rü bo­yu onu mü­şa­yi­ət et­mə­li­dir. Ona gö­rə də hər bir ad se­çi­lər­kən cid­di dü­şü­nül­mə­li və uğur­lu­su se­çil­mə­li­dir. Onun səs­lən­mə­si, ahəng­dar­lı­ğı, sa­də­li­yi və mə­na­sı diq­qət mər­kə­zin­də ol­ma­lı­dır.

- Ad və soyad dəyişdirmə hallarında artım müşahidə olunurmu? İnsanlar daha çox hansı səbəbdən adını dəyişmək istəyir?

- Qeyd olunduğu kimi, şəxs ad­la­rı­nın əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri ic­ti­mai yer­lər­də, iş pro­se­sin­də, nitq­də baş­qa söz­lə­rə nis­bə­tən da­ha çox iş­lən­mə­si­dir. İn­san­lar ad­la bir-bi­ri­nə mü­ra­ci­ət edir­lər. Hər bir xü­su­si ad mil­li xü­su­siy­yə­tə ma­lik olub, şəx­sin han­sı mil­lə­tə aid ol­du­ğu­nu özündə ifadə etməlidir. Lakin valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib.

- Qəbul olunmayan adlara aid illik statistika aparılırmı? Mümkünsə, son məlumatları verərdiniz.

- Adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır. Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na ve­rir­lər: Stə­kan, Şü­şə­bənd, Tür­mə, Candərd, Kə­niz, Kün­də, Kü­lək, Mə­lu­mat, Mey­xoş, Qaç­maz, Bü­töv, Rə­zil, Şi­ka­yət.

- Azərbaycan və xarici vətəndaşların nikahından doğulan uşaqlara həm Azərbaycan, həm də digər dillərdə - ikili adlar qoymaq istəyi ilə bağlı komissiyaya müraciətlər olurmu?

- İkili adların qoyulması ilə bağlı qeydiyyat idarələrinə müraciət olunur. Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq iki şəxs adı­nın bir­ləş­mə­sin­dən əmə­lə gəl­miş ad­lar bi­ti­şik ya­zı­lır: Ba­la­hü­sən, Mə­həm­mə­də­li, Əb­dü­lə­ziz, Əli­hey­dər, Hə­sə­nə­li, Cə­fər­qu­lu, Qu­lam­hü­seyn, Nur­za­man, Nə­si­bə­li, Rza­pa­şa, İb­ra­him­xə­lil, Rza­sə­məd, Əb­dül­lə­tif və s.

Seçilən
9
report.az

1Mənbələr