AZ

Lyuk Şou: “MY Premyer Liqanı qazanmağa qadirdir”

“Mançester Yunayted”in 30 yaşlı ingilis sol cinah müdafiəçisi Lyuk Şou hesab edir ki, “qırmızı şeytanlar” ölkə çempionu ola bilərlər.

Arena.az BBC-yə istinadən, Şounun müvafiq açıqlamasını təqdim edir:

“Məqsədimiz – Premyer Liqanı qazanmaqdır. Mən, belə düşünən yeganə kəs deyiləm. Əminəm ki, siz soruşsanız elə, bütün komandamız da belə düşünür. Bütün oyunçuların və məşqçinin məqsədi birdir. Məşqçi, bunu jurnalistlər qarşısında güman ki, deməyəcək, amma biz hamımız iddiaları bölüşməli və vahid məqsəd uğrunda mübarizə aparmalıyıq. Hamı komandanı ön sıraya qoymalı, vahid ailə olmalı, bir istiqamətdə irəliləməlidir”, deyə Lyuk Şou vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” ötən mövsümü İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində başa vurub. İngiltərə nəhəngi tarixən ən bərbad dövrlərindən birini keçirir. Ümumiyyətlə “qırmızı şeytanlar” sonuncu dəfə 2012/2013-cü illər mövsümündə İngiltərə çempionluğunu qazanıblar.

Seçilən
17
arena.az

1Mənbələr