Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.
Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib.
Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./APA
Tarix: 1 Avqust 2025, 08:30