AZ

HƏMAS İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bildirib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında humanitar böhran və aclığın başa çatmasından sonra atəşkəs danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb.

Editor.az bu barədə HƏMAS-ın mətbuat xidmətinə istinadən xəbər verir.

“Hərəkat yardıma layiq olanlara çatdıqdan və Qəzzada humanitar böhran və aclıq bitdikdən sonra dərhal danışıqları bərpa etməyə hazır olduğunu vurğulayır”,- deyə bildirilib.

Qeyd edək ki, iyulun 27-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının bir hissəsində hərbi əməliyyatlara səhər saat 10:00-dan axşam saat 20:00-a qədər gündəlik taktiki fasilə elan edib. İDF həmçinin Qəzza zolağına qida və dərman çatdıran BMT və humanitar təşkilatların humanitar yardım missiyaları üçün daimi təhlükəsiz marşrutların yaradıldığını elan edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
1
editor.az

3Mənbələr