
HƏMAS hərəkatı Qəzza zolağında humanitar böhran və aclıq bitdikdən sonra atəşkəs danışıqlarını bərpa etməyə hazır olduğunu bəyan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə həkəratın mətbuat xidməti məlumat yayıb.
“Hərəkat, yardıma layiq olanlara yardım çatdıqdan və Qəzzada humanitar böhran və aclıq bitdikdən sonra dərhal danışıqları bərpa etməyə hazır olduğunu vurğulayır”, - bəyanatda deyilir.
Xatırladaq ki, iyulun 27-də məlum olub ki, İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının bir hissəsində saat 10:00-dan 20:00-a qədər hərbi əməliyyatlarda gündəlik taktiki fasilə verib. İDF həmçinin Qəzza zolağına qida və dərman çatdırılmasında iştirak edən BMT və humanitar təşkilatların humanitar missiyalarının hərəkəti üçün daimi təhlükəsiz marşrutların yaradıldığını elan edib.