UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"ın qarşılaşacağı rəqib müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin KL-də növbəti rəqibi  Avropa Liqasının II təsnifat mərhələsində "Braqa" - "Levski" (Bolqarıstan) cütünün məğlubu (ilk oyun - 0:0) olmalı idi. Bu görüşdə Portuqaliya komandası 1:0 hesabı ilə qələbə qazanıb. Beləliklə, Valdas Dambrauskasın kollektivi növbəti raundda "Levski" ilə üz-üzə gələcək.

III təsnifat mərhələsinin oyunları 7 avqustda, cavab oyunları isə 14 avqustda baş tutacaq. 

Qeyd edək ki, "bayquşlar" II təsnifat mərhələsində "Petrokub"u mübarizədən kənarlaşdırıb (2:0, 4:1).