AZ

“Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir”

Azərbaycan Respublikası ilə əlaqə qura bilməməkdə müqəssir İrandır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı keçirdiyi görüşdə deyib.

 

“Biz qonşu müsəlman dövlətlərlə əlaqə qura bilmirik. Səfər etdiyim Azərbaycanla münasibət qura bilmirik, ancaq o tərəfdən İsrail gəlib, orada əlaqə qurur”, - Prezident vurğulayıb.

 

O, Azərbaycanla əlaqə qura bilməməyə görə təqsirin İranda olduğunu bildirib.

Seçilən
80
14
senzor.az

10Mənbələr