Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Zirə” Xorvatiyada “Hayduk”un qonağıdır. Bakı vaxtı ilə saat 23:00-da başlayan matçı serbiyalı hakimlər idarə edir.
Komandalar arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.
“Zirə” bu görüşə iki ciddi itki ilə çıxacaq. Ruandalı məkəz müdafiəçsi Anje Mutsinzi sənəd problemi səbəbindən viza ala bilmədiyinə görə Xorvatiyaya aparılmayıb. Bakıdakı görüşdə “Zirə”nin yeganə qolunu vuran və zədələnən fransalı yarımmüdafiəçi Brahim Konate də səfər matçında komanda ilə birlikdə olmayacaq.
Qeyd edək ki, cütün qalibi "Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə qarşılaşacaq.
31 iyul
UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu
23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) - 1:1 (İkinci hissə)
Qollar: Krovinoviç, 19, (1:0) İsa Cibrila, 90+2 (1:1)
Qırmızı vərəqə: Quima, 78 ("Zirə")
Baş hakim Danilo Nikoliç (Serbiya)
Split. "Polyud" stadionu
İlk oyun – 1:1