AZ

"Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Zirə” Xorvatiyada “Hayduk”un qonağı olub. Matçı serbiyalı hakimlər idarə edib.

Komandalar arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Bugünkü görüşün əsas vaxtı da eyni hesabla başa çatıb. Əlavə vaxtda isə "Hayduk" daha 1 qol vuraraq mərhələ adlayıb. Beləliklə, paytaxt klubu avrokuboklarla vidalaşıb.

“Zirə” bu görüşə iki ciddi itki ilə çıxıb. Ruandalı məkəz müdafiəçsi Anje Mutsinzi sənəd problemi səbəbindən viza ala bilmədiyinə görə Xorvatiyaya aparılmayıb. Bakıdakı görüşdə “Zirə”nin yeganə qolunu vuran və zədələnən fransalı yarımmüdafiəçi Brahim Konate də səfər matçında komanda ilə birlikdə olmayıb. Həmçinin qarşılaşmada "Zirə" azlıqda da qalıb.

31 iyul

UEFA Konfrans Liqası, 2-ci mərhələnin cavab oyunu

23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) - 2:1

Qollar: Krovinoviç, 19, (1:0) İsa Cibrila, 90+3 (1:1), Yassin Benrau, 95 (2:1)

Qırmızı vərəqə: Quima, 78 ("Zirə")

Baş hakim: Danilo Nikoliç (Serbiya)

İlk oyun – 1:1

Split. "Polyud" stadionu


Seçilən
33
8
sherg.az

10Mənbələr