AZ

Azərbaycan XİN Rusiya rəsmisinin Ayvazovski büstü ilə bağlı ittihamlarına cavab verib

Sual: Azərbaycan Respublikasının Xankəndi şəhərində İvanAzvazovskinin büstünün sökulməsi məsələsini şərh edərkən, RusiyaPrezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki,Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyayaqarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O,Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrləmüharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə sonqoymağa çağırış edib. Bununla yanaşı, Rusiya Federasiyasının dövlətxəbər agentliyi olan TASS informasiya agentliyində məsələ ilə bağlıdərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhəri “Stepanakert”adlandırılıb. Rusiya tərəfinin bu açıqlamalarına dair şərhiniznədir?

Cavab: Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığıüzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiqtapşırıq əsasında anti-Azərbaycan kampaniyasiyasına qoşulur.

Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan)büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfininicazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu,Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiyatərəfindən hörmətsizliyin təzahürü olub.

Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuşbu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün vəqanunauyğundur.

Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğvedilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə ikiölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətiniAzərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rusteatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda,Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallarmövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycanmədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma,Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onlarınanti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə,Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişləredilməsi istisna olunmur.

Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmişərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbülvə Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşıvandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarlatanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalarverməməsi təəssüf doğurur.

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-daAzərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılmasıölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimiqiymətləndirilir.

Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdikki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmışDağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adınınqanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnakermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanınşərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarətidi.

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanlarıtərəfindən Azərbaycan toponimlərinin təhrif olunması vəərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadəolunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik.Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrəkAzərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayışyerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnəbilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiqdüzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğunolaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlərgörülməsi nəzərdə tutulur.

Seçilən
116
1
az.trend.az

10Mənbələr