AZ

Avropaya gedənlərin nəzərinə:ŞENGENDƏ YENİ SİSTEM TƏTBİQ OLUNACAQ

Şengen zonasına səfər edənlər üçün oktyabrın 12-dən etibarən yeni sərhəd nəzarəti sistemi tətbiq olunacaq.

 

Publika.az bildirir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası məlumat yayıb.

 

Qeydolunub ki, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn ziyarətçilərin Şengen zonasına giriş-çıxışını rəqəmsal şəkildə qeydə alacaq Elektron Giriş-Çıxış Sistemi (EES) fəaliyyətə başlayacaq. Sistem qeyd olunan tarixdən etibarən altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq və daha sonra bütün sərhəd-keçid məntəqələrində tam fəaliyyət göstərəcək.

 

EES ilə qısamüddətli səfərlər üçün vətəndaşların giriş və çıxışları, pasport məlumatları, barmaq izləri və üz təsvirləri rəqəmsal olaraq qeydə alınacaq.

 

Məlumatda o da vurğulanıb ki, yeni sistem Şengen zonasına qeyri-qanuni girişlərə nəzarət etmək və onlarla mübarizə aparmaq məqsədi daşıyır.

Seçilən
54
1
senzor.az

10Mənbələr