AZ

Avropaya gedənlərin nəzərinə: Şengendə yeni sistem bu tarixdən işə salınır

Şengen zonasına səfər edənlər üçün oktyabrın 12-dən etibarən yeni sərhəd nəzarəti sistemi tətbiq olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn ziyarətçilərin Şengen zonasına giriş-çıxışını rəqəmsal şəkildə qeydə alacaq Elektron Giriş-Çıxış Sistemi (EES) fəaliyyətə başlayacaq. Sistem qeyd olunan tarixdən etibarən altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq və daha sonra bütün sərhəd-keçid məntəqələrində tam fəaliyyət göstərəcək.

EES ilə qısamüddətli səfərlər üçün vətəndaşların giriş və çıxışları, pasport məlumatları, barmaq izləri və üz təsvirləri rəqəmsal olaraq qeydə alınacaq.

Seçilən
52
1
publika.az

10Mənbələr