ABŞ-a məxsus "Delta Airlines" aviaşirkətinə məxsus “Airbus” təyyarəsi hava boşluğuna düşüb. Metbuat.az xəbər verir ki, Amsterdama uçan təyyarə istiqamətini dəyişərək Minneapolisə təcili eniş edib. Təyyarə Minneapolisə təhlükəsiz eniş etdikdən sonra hava limanının yanğınsöndürənləri və təcili tibbi yardım qrupları sərnişinlərə və heyətə kömək etmək üçün təyyarəyə göndərilib. Hava şirkəti 25 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin sayı ilə bağlı məlumat verilməyib. Qeyd edək ki, “Airbus” məlumatlarına görə, “A330-900” təyyarələri maksimum 465 sərnişin tutumuna malikdir.