AZ

ABŞ-də təyyarə hava burulğanına düşüb - 25 nəfər...

Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir.

“Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib.

"Airbus A330-900" təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb", - bəyanatda bildirilib.

Seçilən
132
50
bakivaxti.az

10Mənbələr