AZ

“Hayduk” - “Zirə” – CANLI YAYIM

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Zirə” Xorvatiyada “Hayduk”un qonağı olacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı serbiyalı hakimlər idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

“Zirə” bu görüşə iki ciddi itki ilə çıxacaq. Ruandalı məkəz müdafiəçsi Anje Mutsinzi sənəd problemi səbəbindən viza ala bilmədiyinə görə Xorvatiyaya aparılmayıb.

Bakıdakı görüşdə “Zirə”nin yeganə qolunu vuran və zədələnən fransalı yarımmüdafiəçi Brahim Konate də səfər matçında komanda ilə birlikdə olmayacaq.

Cütün qalibi "Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütündə üstün olan tərəflə qarşılaşacaq.

23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) 0:0

"Hayduk": 1. İviça İvanuşiç, 29. Fran Karaçiç, 22. Branimir Mlaçiç, 31. Zvonimir Şarlija, 32. Simun Hrqoviç, 7. Antoni Kalik, 4. Adrion Pajaziti, 23. Filip Krovinoviç, 28. Rako Brajkoviç, 37. Noa Skoko, 10. Marko Lovaya (k)

Baş məşqçi: Qonsalo Qarsiya

"Zirə": 97. Tiaqo Silva, 20. İssa Cibrilla, 4. Ruan Renato, 26. Stefan Aka, 32. Qismət AAlıyev (k), 17. Ayron Qomis, 8. İsmayıl İbrahimli, 30. Quima, 11. Martins Junior, 7. Rövlan Muradov, 87. Abdul Batibie

Baş məşqçi: Rəşad Sadıqov

Baş hakim Danilo Nikoliç (Serbiya)
Split. "Polyud" stadionu
İlk oyun – 1:1

Seçilən
62
7
sportinfo.az

10Mənbələr