AZ

ABŞ Meksikadan idxal etdiyi məhsullara olan tarifləri daha 90 gün uzadıb

Vaşinqton, 31 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Meksika ilə ticarət danışıqlarına əlavə vaxt vermək üçün hazırki tariflərin müddətini 90 gün artırıb.

AZƏRTAC-ın məlumatına görə, o, bu gün Meksika Prezidenti Klaudiya Şeynbaumla uğurlu telefon danışığı apardığını açıqlayıb.

“Biz Meksikadan fentanil opioidinə 25 faiz, avtomobil və polada 25 faiz və misə 50 faiz tarifi saxlamaqla hazırkı razılaşmanı 90 günlük müddətə uzatmağa razılaşdıq”, - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
11
6
azertag.az

10Mənbələr