AZ

Biz son razılaşmanı 90 gün müddətinə uzatmağa razılaşdıq - Tramp

ABŞ Prezidenti Donald Tramp Meksika Prezidenti Klaudiya Şeynbaum ilə telefon danışığı keçirib və tərəflər ölkələr arasında mövcud ticarət razılaşmalarının 90 gün müddətinə uzadılması barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ lider özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Biz son razılaşmanı eyni şərtlərlə 90 gün müddətinə uzatmağa razılaşdıq. Daha dəqiq desək, Meksika fentanil üçün 25 %, avtomobillər üçün 25 %, polad, alüminium və mis üçün 50 % həcmində rüsumlar ödəməyə davam edəcək. Bundan əlavə, Meksika çoxsaylı qeyri-tarif ticarət maneələrini dərhal aradan qaldırmağa razılaşıb”, - Tramp bildirib.

O, həmçinin qeyd edib ki, qarşıdakı 90 gün ərzində tərəflər ticarət sazişi üzrə danışıqları davam etdirəcəklər. Bundan əlavə, Tramp əlavə edib ki, ABŞ və Meksika sərhəddən narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün əməkdaşlığı davam etdirəcək.

Seçilən
91
4
ikisahil.az

10Mənbələr