Füzulidə yük maşını evakuatorla toqquşub.
Far.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində qeydə alınıb.
Belə ki, Aqil Rəhmanlının idarə etdiyi "Howo" markalı yük maşını Şəmistan Abbasovun idarə etdiyi evakuatorla toqquşub.
Nəticədə hər iki sürücü - A.Rəhmanlı və Ş.Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.