Bakı, 31 iyul, AZƏRTAC
“Neftçi” avqustun 1-də Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “ağ-qaralar” Kiprin AEL komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.