“Neftçi” sabah Polşada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, “ağ-qaralar” Kiprin AEL komandası ilə qarşılaşacaqlar.
Bakı vaxtı ilə saat 18:00-da start götürəcək matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunub.
İdman.biz