AZ

“Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” Forumu keçirilib (FOTO)

Bakı. Trend:

30 iyul 2025-ci il tarixində Gənclərin İnkişaf və KaryeraMərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun vəAzərbaycan HR İnstitutunun tərəfdaşlığı ilə Azərbaycan İdmanAkademiyasında “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarınıngözü ilə” adlı forum keçirilib.

Forumun əsas məqsədi gəncləri peşəkar HR-larla bir arayagətirərək əmək bazarına hazırlamaq, onların iş həyatında uğurqazanmaları üçün vacib olan bacarıqları və yanaşmaları aşılamaqhəmçinin şəbəkələşmə imkanlarını təmin etmək olub.

Tədbirin açılışında teleaparıcı Kubra Fərəczadə iştirakçılarısalamlayıb. Ardınca rəsmi çıxışlarla forumun mahiyyəti vəəhəmiyyəti diqqətə çatdırılıb. Açılış mərasimində çıxış edənlərarasında Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininGənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, AzərbaycanRespublikasının Gənclər Fondunun Daxili nəzarət və monitorinqşöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və KaryeraMərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan HR İnstitutununtəsisçisi və direktoru Emil Hüseynov yer alıblar.

Forum çərçivəsində “Karyera və XXI əsrin bacarıqları” mövzusundapanel müzakirəsi keçirilib. Moderator qismində çıxış edən EmilHüseynov əmək bazarının dəyişən tələbləri və gələcək trendlərbarədə fikirlərini bölüşüb. Paneldə spiker qismində “PAŞA Bank”ınİstedadların cəlbi və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova,“Demir Cargo”nun İnsan Resursları rəhbəri Günel Binnətli, “AzTelcoGroup”un İnsan Resursları direktoru Esmira İbrahimova, təhsil vəkaryera üzrə ekspert Lətifə Nəsibova iştirak edərək öztəcrübələrini bölüşüblər.

Müzakirələrdə gənclərin karyera planlaşdırması, işə qəbulprosesində diqqət yetirilməli məqamlar, əmək bazarında gənclərigözləyən imkanlar və çətinliklər kimi mövzulara toxunulub. Panelsessiyasının sonunda keçirilən sual-cavab hissəsində iştirakçılaronları maraqlandıran sualları birbaşa mütəxəssislərə ünvanlamaimkanı əldə ediblər.

Forumun praktiki hissəsində isə Azərbaycan Dəmir Yolları”QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədovanıntəqdimatında CV yazılması və müsahibəyə hazırlıq mövzusunda təlimkeçirilib. Təlimdən sonra təşkil olunan müsahibə simulyasiyası isəiştirakçılara işə qəbul prosesini real şəkildə təcrübə etmək imkanıyaradıb.

“Gənclərlə iş dünyasına baxış” forumu gənclərin iş dünyasınadaha hazırlıqlı olmalarına, HR sahəsindəki peşəkarlarla birbaşaəlaqə quraraq şəbəkələşməsinə və gələcək karyera məqsədlərinə dahapeşəkar yanaşmalarına zəmin yaradıb.

“Gənclərlə
“Gənclərlə
“Gənclərlə
“Gənclərlə
“Gənclərlə
“Gənclərlə
“Gənclərlə
Seçilən
15
1
az.trend.az

3Mənbələr