Liqa Kubokunun ilk mərhələsində “İnter Mayami” Meksika “Atlas”ını 2:1 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, “İnter Mayami”nin heyətində venesuelalı yarımmüdafiəçi Telasko Seqoviya və argentinalı müdafiəçi Marselo Veyqandt fərqlənib. Argentinalı Lionel Messi hər iki qolun ötürməsini edib.
Epizodların birində 38 yaşlı futbolçu rəqibi ilə mübahisə edib və ona tənbeh şilləsi vurub.