"İnter Mayami"nin argentinalı ulduz futbolçusu Lionel Messi Liqa Kuboku matçı zamanı Meksikanın "Atlas" klubunun futbolçusu Serxio Hernandeslə mübahisə edib.
Azreform.info oxu.az-a istinadən xəbər verir ki, ABŞ-də baş tutan oyun "İnter Mayami"nin xeyrinə başa çatıb - 2:1.
Oyunda argentinalı futbolçu iki məhsuldar ötürmə ilə yadda qalıb. Matçın epizodlarından birində Messi ilə Hernandes mübahisə ediblər, nəticədə L.Messi rəqibinə şillə vurub. Lakin forvard etdiyi hərəkətə görə hakim tərəfindən cəzalandırılmayıb.