AZ

"Trampın ikili çıxışı: Yeni sanksiyalar Putinə təsir edəcəkmi?" - "The New York Times"

"ABŞ prezidenti Rusiyanı dayandıracağına əmin deyil..."

ABŞ prezidenti Donald Tramp Rusiyanın ticarət tərəfdaşlarına qarşı elan etdiyi yeni sanksiyaların Kremlə, xüsusilə də Vladimir Putinə təsir edib-etməyəcəyinə əmin deyil.

Moderator.az xəbər verir ki, o, bu barədə Şotlandiyaya beşgünlük səfərdən qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində danışıb. Məlumatı "The New York Times" nəşri yayıb.

"Putin müharibəni davam etdirmək istəyir, bunu görmək olur. Biz tariflər və digər tədbirlər tətbiq edəcəyik. Bəlkə də təsiri olacaq, bəlkə də olmayacaq", - Tramp etiraf edib.

Ultimatum 10 günədək azaldılıb

Həmin söhbətdə Tramp həmçinin Rusiyaya verdiyi ultimatumun müddətini də azaldaraq 10 günə endirdiyini elan edib. Yəni iyulun 29-dan  saymaqla avqustun 8-dək
Kreml sülh razılaşmasına gəlməsə, ABŞ tərəfi "tariflər və başqa tədbirlər" tətbiq etməyə başlayacaq. Prezidentin sözlərinə görə, Rusiya hələ də bu ultimatumla bağlı cavab verməyib və bu, "biabırçılıqdır".

O, müharibənin insan itkisi barədə də danışaraq bildirib ki, hazırda Ukraynada hər həftə təxminən 7 min nəfər ölür. Bu qurbanların əksəriyyəti hərbçilər olsa da, aralarında mülki vətəndaşlar da var. Yeni sanksiyaların qlobal neft qiymətlərinə təsir edib-etməyəcəyi ilə bağlı suallara isə Tramp belə cavab verib: "Məni bu maraqlandırmır. Çünki ölkəmizdə çoxlu neftimiz var".

"Tramp artıq reallığı qəbul edir"

Nəşr Trampın çıxışını şərh edərək yazır: "Ultimatumu elan etdikdən cəmi 24 saat sonra Trampın artıq bu strategiyanın uğuruna inamı yoxdur". Qəzetə danışan beynəlxalq siyasət eksperti Mett Dassın fikrincə, Tramp problemin Zelenskidə deyil, Putinin davranışlarında olduğunu nəhayət anlayır. 

"Tramp əvvəllər özünü çox inamlı aparırdı, amma görünür, reallıq ona özünü xatırladır", -  Dass bildirib. Nəşr həmçinin qeyd edir ki, Trampın sanksiyaları ilk növbədə Rusiyanın əsas ticarət tərəfdaşları olan Çin, Hindistan və Türkiyəyə təsir edəcək. Bu isə dünya bazarında neftin qiymətinin artmasına səbəb ola bilər.

Trampın "ikinci dərəcəli" sanksiyaları: hədəfdə Hindistandır

Tramp artıq sanksiyaların bir hissəsini reallaşdırıb. İyulun 30-da Hindistana qarşı 25 faizlik tarif tətbiq edilib, bunun əsas səbəbi isə Hindistanın Rusiya ilə ticarəti göstərilib. Əslində bu proses daha öncə- iyulun 14-də NATO baş katibi Mark Rette ilə keçirilən görüşdə anons olunub.

Həmin görüşdə Tramp açıq şəkildə bildirib ki, əgər 50 gün ərzində (yəni sentyabrın 2-nə qədər) Ukraynada sülh razılaşması əldə olunmasa, ABŞ Rusiyanın ticarət tərəfdaşlarına qarşı 100 faizlik əlavə tariflər tətbiq edəcək. Bu xəbərdarlıq indi cəmi 10 günə endirilib və Ağ Evdə belə görünür ki, bu strategiyanın nəticəsi barədə özləri də əmin deyillər. Trampın dili ilə desək: "Bu işləyə bilər, işləməyə də bilər".

Seçilən
26
50
moderator.az

10Mənbələr