AZ

Doğma yurdlarına dönmüş uşaqlara və ailələrə sosial-psixoloji dəstək göstərilib - FOTO

“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş” layihəsi uğurla başa çatmışdır.

Layihənin əsas məqsədi Böyük Qayıdış proqramı nəticəsində  doğma yurdlarına dönmüş ailələrə, uşaqlara  sosial, psixoloji dəstək göstərməkdən ibarətdir.

Layihə çərçivəsində  başlanması ilə bağlı məlumatlandlrma işlərinin həyata keçirilməsi, layihə komandasının formalaşması, dövlət orqanları və maraqlı tərəflərin iştirakı ilə  müzakirələrin təşkil olunması işi həyata keçirilmişdir.  Layihənin icra planına uyğun olaraq 18 iyul və 21  iyul 2025- ci il  tarixlərində   Cəbrayıl şəhərində  və Füzuli şəhərində doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş, sosiallaşma, yeni mühitə uyğunlaşmaya dair  qrup görüşlərı, psixoloji məşğələlər, konsultasiyalar  keçirilmişdir. Görüşlərdə uşaqlar, onların valideynləri iştirak etmiş və interaktiv müzakirələr aparılacaqdır. Görüşlərdə doğma yurdlarına dönmüş ailələrin, sosial psixoloji adaptasiya, yeni şəraitə uyğunlaşma məsələsi uşaqların asudə vaxtlarının təşkili prosedurları ilə bağlı məlumat verilmiş və onların müxtəlif təlim və seminarlara cəlb edilməsi, öz istəklərinə uyğun bacarıqlarının inkişaf etdirilməsi ilə məşğul olmaları müəyyənləşdirilmişdir.

22 iyul 2025- ci il tarixində  isə görüşlərdə fəallıq edən, əldə etdiyi bacarıqları öz həmyaşıdları arasında bölüşə biləcək yeniyetmə və  gənclərin iştirakı ilə “Doğma yurdlarına dönmüş ailələr və uşaqların sosial- psixoloji inkişafı  və  emosional dəstək”  mövzusunda Yay Məktəbi təşkil olunmuşdur.   Cəbrayıl şəhərində təşkil olunmuş 1 günlük Yay Məktəbi üzrə tədbirdə 20 uşaq, yeniyetmə  və  gənc iştirak etmişdir.  Təlimçi-psixoloq Vüsalə Əmiraslanlı tərəfindən doğma yurdlarına dönmüş uşaq və  gənclərə sosial-psixoloji  vəziyyəti( qiymətləndirmə), psixololoji sağlamlığın qorunması, sağlam  psixoloji  mühit- sağlam mənəvi inkişaf, sosial və emosional bacarıqlarını inkişaf etdirilməsi, sosial inteqrasiya, yeni şəraitə uyğunlaşma dönəmi olan uşaqlar  və yeniyetmələrin adaptasiyası, ailə -  icma əlaqələri mövzusunda təqdimatlar edilib, müzakirələr aparılmışdır.

Hurriyyet.az

 

Seçilən
14
2
hurriyyet.az

3Mənbələr