AZ

Doğma yurdlarına dönmüş uşaqlara və ailələrə sosial-psixoloji dəstək göstərilir

“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş” layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi Böyük Qayıdış proqramı nəticəsində  doğma yurdlarına dönmüş ailələrə, uşaqlara  sosial, psixoloji dəstək göstərməkdən ibarətdir.

Layihənin başlanması ilə bağlı məlumatlandlrma işlərinin həyata keçirilməsi, layihə komandasının formalaşması, dövlət orqanları və maraqlı tərəflərin iştirakı ilə  müzakirələrin təşkil olunması işi həyata keçirilmişdir.  Layihənin icra planına uyğun olaraq 17, 18 iyul 2025- ci il  tarixlərində   Cəbrayıl şəhərində  və Füzuli şəhərində doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş, sosiallaşma, yeni mühitə uyğunlaşmaya dair  qrup görüşlərı, psixoloji məşğələlər, konsultasiyalar  keçiriləcəkdir. Görüşlərdə uşaqlar, onların valideynləri iştirak edəcək və interaktiv müzakirələr aparılacaqdır. Görüşlərdə doğma yurdlarına dönmüş ailələrin, sosial psixoloji adaptasiya, yeni şəraitə uyğunlaşma məsələsi uşaqların asudə vaxtlarının təşkili prosedurları ilə bağlı məlumat veriləcək və onların müxtəlif təlim və seminarlara cəlb edilməsi, öz istəklərinə uyğun bacarıqlarının inkişaf etdirilməsi ilə məşğul olmaları müəyyənləşdiriləcəkdir.

21 iyul 2025- ci il tarixində  isə görüşlərdə fəallıq edən, əldə etdiyi bacarıqları öz həmyaşıdları arasında bölüşə biləcək yeniyetmə və  gənclərin iştirakı ilə  1 günlük  Yay Məktəbi təşkil olunacaqdır. Yay Məktəbi üzrə tədbirdə 20 uşaq, yeniyetmə  və  gənc iştirak edəcəkdir. Yay Məktəbində  Xüsusi nümayəndəliyin əməkdaşları, Yeni yaşayış məntəqələrində asudə vaxtın təşkili, mədəni tədbirlər, sağlam həyat tərzini təbliğ edən və xidmətləri təmin edən qürumların nümayəndələri, uğur qazanmış gənclər, müxtəlif ekspertlər  iştirak edəcəkdir. Doğma yurdlarına dönmüş sosial psixoloji  dəstəyə, sosial inteqrasiyaya,  yəni şəraitə uyğunlaşma dönəmi olan ailələr, uşaqlar  və yeniyetmələrin İştirakı ilə müxtəlif oyunlar, gəzintilər  keçiriləcək, sosiallaşma, sosial-psixoloji adaptasiya, yeni mühitə uyğunlaşma, mina təhlükəsi və partlayicı sursatların təhlükəsinə dair müzakirələr təşkil olunacaq, öz istəklərinə uyğun bacarıqlarının inkişaf etdirilməsi ilə məşğul olmaq imkanları təşviq olunacaqdır.

Hurriyyet.az

Seçilən
187
2
hurriyyet.az

3Mənbələr