AZ

Konfrans Liqası: Azərbaycanın 3 komandası meydana çıxır – YENİLƏNİR 

Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsininin cavab oyunlarına yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın 3 komandası da meydana çıxacaq.

“Sabah” növbəti mərhələ arzusunu reallaşdırmaq üçün Bakıda, “Zirə” Xorvatiyada, “Araz-Naxçıvan” isə Yunanıstanda oynayacaq.

“Sabah” – “Petrokub” cütünün güclüsü III raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) matçının məğlubu, “Hayduk” – “Zirə” cütünün qalibi “Atletik” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün güclüsü, “Araz-Naxçıvan” – “Aris” duelinin güclüsü isə “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları


20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova) İlk oyun – 2:1

Baş hakim: Danilo Nikoliç (Serbiya)

Masazır, “Bank Respublika Arena”.

22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan) İlk oyun – 1:2

Baş hakim: Devid Dikinson (Şotlandiya)

Saloniki, “Kleantis Vikelidis” stadionu.


23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan) İlk oyun – 1:1

Baş hakim: Luka Payretto (İtaliya)

Split, “Polyud” stadionu.

Seçilən
69
9
idmanxeber.az

10Mənbələr