AZ

Konfrans Liqası: “Sabah” və “Araz Naxçıvan” növbəti mərhələdə, “Zirə”dən cavab qolu  – YENİLƏNİR 

Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsininin cavab oyunlarına yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Sabah” doğma meydanda “Peteokub”u məğlub edib – 4:1. İlk matçda da qələbə qazanan (2:0) təmsilçimiz adını III təsnifat mərhələsinə yazdırıb.

Turnirdəki digər klubumuz “Araz Naxçıvan” da növbəti mərhələdə yüksəlib. Elmar Baxşiyevin yetirmələri səfərdə 2:2 hesablı nəticə ilə növbəti tura yüksəlib.

Xatırladaq ki, komandamız evdə rəqibini məğlub etmişdi – 2:1.

Naxçıvan klubu növbəti turda “Omoniya” ilə üz-üzə gələcək.

Növbəti mərhələ arzusunu reallaşdırmaq istəyən “Zirə” isə Xorvatiyada “Hayduk”la üz-üzə gəlir. 

UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları

20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova) 4:1

Baş hakim: Danilo Nikoliç (Serbiya)

Masazır, “Bank Respublika Arena”.

22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan) 2:2

Baş hakim: Devid Dikinson (Şotlandiya)

Saloniki, “Kleantis Vikelidis” stadionu.


23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan) İlk oyun – 1:1

Baş hakim: Luka Payretto (İtaliya)

Split, “Polyud” stadionu.

Seçilən
85
9
idmanxeber.az

10Mənbələr