UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" bu gün "Hayduk"la məsələlər aydınlıq gətirəcək.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Xorvatiya səfərindədir. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşmada azərbaycanlı azarkeşlər "Zirə"ni tək qoymayacaq, "Polyud" stadionunda 15-20 nəfərin dəstəyi gözlənilir.
Bakıdakı ilk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan)
Baş hakim Danilo Nikoliç (Serbiya)
Split. "Polyud" stadionu
İlk oyun – 1:1