AZ

Daha bir ölkə Ukrayna vilayətlərini Rusiya ərazisi kimi TANIDI

Nikaraqua qondarma Luqansk Xalq Respublikası (LXR), Donetsk Xalq Respublikası (DXR), Zaporojya və Xerson vilayətlərini Rusiyanın ərazisi kimi tanıyıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “El 19 Digital” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu, ölkənin həmsədrləri Daniel Orteqa və Rosario Murilonun Rusiya lideri Vladimir Putinə göndərdiyi məktubda bildirilib.

“Biz Nikaraqua hökuməti və xalqı adından Donetsk, Xerson, Luqansk və Zaporojya vilayətlərini Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi tam dəstəklədiyimizi və tanıdığımızı bildiririk”, - məktubda deyilir.

QAZİLER.AZ

Seçilən
34
3
qaziler.az

4Mənbələr