Nikaraqua Ukraynanın işğal olunmuş ərazilərini -Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiya Federasiyasının regionları kimi tanıyıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin həmsədrləri Daniel Orteqa və Rosario Murilonun Rusiya prezidenti Vladimir Putinə göndərdiyi və “El 19 Digital” portalında dərc olunmuş məktubunda deyilir.
“Nikaraqua hökuməti və xalqı adından Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərini Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi tam dəstəklədiyimizi və tanıdığımızı bildiririk”, - deyə məktubda bildirilir.