Komandalarımızın hazırda avrokuboklarda uğurlu çıxışı sayəsində Azərbaycan UEFA reytinqində 28-ci pilləyə yüksəlib.
İdman.biz xəbər verir ki, son beş mövsümün nəticələrinə əsasən, indi ölkəmizin hesabında 18.375 xal var.
"Qarabağ"ın "Şelburn"la cavab matçındakı qələbəsi (1:0) sayəsində hazırkı mövsüm qazandığımız xal sayı 1.250 olub.
Nəticədə Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayıb. Dördüncü mövsümdür avrokuboklardan kənar qalan ölkənin hesabında isə 18.299 xal var.
İdman.biz