AZ

UEFA reytinqi: Azərbaycan Rusiyanı qabaqladı

Azərbaycan UEFA-nın klublar reytinqində bir pillə irəliləyib.

Bizim.Media xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”a (İrlandiya) qarşı keçirilən cavab matçındakı qələbəsi (1:0) sayəsində mümkün olub.

Bu, uğur Azərbaycana daha 0,250 xal qazandırıb. Nəticədə xal ehtiyatını 18,375-ə yüksəldən Azərbaycan Rusiyanı (18,299) geridə qoyaraq 29-cu yerdən 28-ci pilləyə qalxıb. Azərbaycandan bir pillə öndə - 27-ci yerdə olan Ukraynanın 18,725 xalı var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
60
44
bizim.media

10Mənbələr