"Turan Tovuz" sıralarına yeni futbolçu qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tovuz təmsilçisi "Qarabağ"ın sabiq oyunçusu İbrahima Vadjini transfer edib. Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Mölde" və "Hauqesund"un da formasını geyinib.
Vadji 2021-2022-ci illərdə Ağdam təmsilçisində oynayıb.